La Liqa qadın hakimin oyun idarə etmədiyi sonuncu yüksək liqadır

İspaniya La Liqası oyunu qadın baş hakimin idarə etmədiyi sonuncu yüksək səviyyəli Avropa liqası olaraq qalır.

Arena.az xatırladır ki, dekabrın 23-də İngiltərə Premyer Liqasının 18-ci turunun “Fulhem” – “Börnli” oyununun (0:2) baş hakimi qadın referi Rebekka Uelç olub.

Uelç bu oyunda 3 sarı vərəqə göstərib.

Bundan əvvəl qadın hakim 2017-ci ildə Almaniya Bundesliqasında, 2019-cu ildə isə Fransa Liqa 1-də debüt edib. İtaliya A Seriyası isə 2022-ci ilin oktyabrında keçirilmiş oyuna qadın baş hakim təyin edib.

Beləliklə, La Liqa böyük futbol beşliyi ölkələri arasında oyunu qadın hakimin idarə etmədiyi tək liqa olaraq qalır.

Hazırda İspaniya La Liqasına 18 turdan sonra 45 xalla “Real” başçılıq edir. Eyni miqdarda xal toplamış “Jirona” “Kral Klubu”ndan topların fərqinə və şəxsi oyundakı nəticəsinə (0:3) görə geri qalır. “Atletiko Madrid” və “Barselona” 38 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: