2023/2024 mövsümünün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanmış “Turan Tovuz” Antalyada təlim-məşq toplanışına start verib.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Tovuz komandası artıq sözügedən şəhərdə ilk məşqinə də çıxıb. Komanda yanvarın 17-nə qədər Antalyada hazırlığını davam etdirəcək.
Xatırladaq ki, Ayxan Abbasovun çalışdırdığı komandanın Antalyada keçirəcəyi yoxlama görüşlərində hansı rəqiblərlə qarşılaşacağı da məlumdur. Belə ki, sözügedən komanda ilk yoxlama oyununa yanvarın 9-da çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
Hazırlıq çərçivəsində növbəti oyunlar isə yanvarın 15-də keçiriləcək. Həmin gün Ayxan Abbasov 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.
“Turan Tovuz” mövsümün ilk iki dövrəsindən sonra 22 xalla 7-ci pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.


