Portuqaliya milli komandasının və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo XXI əsrdə ən çox oyun keçirmiş futbolçudur.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) 2023-cü ilin başa çatmasından sonra XXI əsrdə ən çox oyun keçirmiş futbolçuların siyahısını açıqlayıb.
Yenilənmiş siyahıda Ronaldo birinci pillədəki mövqeyini qoruyub. Fevralın 5-də 39 yaşı tamam olacaq hücumçu XXI əsrdə 1204 matçda meydanda olub.
Ümumilikdə 5 futbolçu cari əsrdə azı 1000 oyun keçirib. İkinci sırada braziliyalı Fabio qərarlaşıb – 1156 oyun. Braziliya yığmasının sabiq üzvü Daniel Alves isə 1056 oyunla üçüncü sırada qərarlaşıb.
XXI əsrdə ən çox oyun keçirmiş futbolçuların yeni siyahısını təqdim edirik:
- Kristiano Ronaldo (Portuqaliya) – 1204
- Fabio (Braziliya) – 1156
- Dani Alves (Braziliya) – 1056
- Lionel Messi (Argentina) – 1047
- Luka Modriç (Xorvatiya) – 1010
- Joao Moutinyo (Portuqaliya) – 997
- İker Kasilyas (İspaniya) – 974
- Serxio Ramos (İspaniya) – 974
- Zlatan İbrahimoviç (İsveç) – 953
- Andres İnyesta (İspaniya) – 949
- Yasuhito Endo (Yaponiya) – 944
- Edin Dzeko (Bosniya və Herseqovina) – 940
- Luis Suares (Uruqvay) – 938
- Xavi (İspaniya) – 937
- Ceyms Milner (İngiltərə) – 929
- Pepe Reyna (İspaniya) – 926
- İvan Rakitiç (Xorvatiya) – 920
- Aleksis Sançes (Çili) – 920
- Kərim Benzema (Fransa) – 917
- Rojerio Seni (Braziliya) – 905
- Xesus Navas (İspaniya) – 904


