“Mingəçevir” 2, “İmişli” 6 futbolçusu ilə vidalaşdı

Birinci Liqada mübarizə aparan klublardan “Mingəçevir” 2, “İmişli” isə 6 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidməti məlumat yayıb.

“Mingəçevir”də bu komandanın kapitanları hesab olunan Elsevər Bəkirzadə və Roman Hüseynovla yolların ayrılmasına qərar verilib. Klub hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

“İmişli”də isə İlyas Səfərli, Ziya Məmmədov, Emin Quliyev, Məzahir Əhmədov, Tonia Tisdell komandadan ayrılıblar. Onlara komandaya verdikləri faydaya görə rəhbərlik və idarə heyəti adından təşəkkür edilib, gələcək karyeralarında uğurlar arzulanıb.

Xatırladaq ki, “Mingəçevir” Birinci Liqada mövsümün ilk dövrəsindən sonra 14 xalla 8-ci pillədə qərarlaşıb. “İmişli” isə 12 oyuna topladığı 20 xalla 4-cüdür.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: