Renan Lodi “Əl-Hilal”a satıldı – 23 milyon avroya

Futbol üzrə Braziliya millisinin və Marsel “Olimpik”inin sol cinah müdafiəçisi Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”a keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Transfer “Əl-Hilal”a 23 milyon avroya başa gəlib. 25 yaşlı oyunçu yeni klubu ilə 3,5 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Xatırladaq ki, Renan Lodi Marsel “Olimpik”inə 2023-cü ilin iyul ayında Madrid “Atletiko”sundan 20,6 milyon avro qarşılığında keçmişdi. O, bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 23 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Renan daha öncə Madrid “Atletiko”sundan başqa “Atletiko Paranaense” və “Nottingem Forest” klublarında da forma geyinib. O, 2019-cu ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasında 19 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: