Azərbaycanın gənclərdən ibarət yığma komandasının sabiq müdafiəçisi Arsen Ağcabəyov yenidən “Şamaxı”ya qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” 2023/2024 mövsümünün ikinci yarısı üçün heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir. Klub bu gün növbəti transferini reallaşdırıb və müdafiəçi Arsen Ağcabəyovu heyətə qatıb. O, mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, Arsen Ağcabəyov “Qəbələ”nin yetirməsidir. O, “Sabah”, “Səbail” və “Sumqayıt”da da forma geyinib. Mərkəz müdafiəçisi 2022/2023 mövsümündə “Şamaxı”nın da uğurları üçün çalışıb. Ötən ilin sentyabrında o, bu klubdan ayrılaraq “İrəvan”a üz tutsa da, indi yenidən “Şamaxı”ya qayıtmağa qərar verib.
Xatırladaq ki, “Şamaxı” daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu da heyətinə qatmışdı.


