Argentina yığmasının veteran ulduzları Lionel Messi və Anxel Di Mariya 2024-cü il Paris Olimpiadasında iştiak arzusundadırlar.
Arena.az bu barədə “DSports” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Argentina Futbol Federasiyası (AFA) “İnter Mayami”nin hücumçusu Lionel Messinin və “Benfika”nın vingeri Anxel Di Mariyanın milli komandanın tərkibində Paris Olimpiadasında ola bilmələri üçün müvafiq logistika üzərində işləyir. Məşqçilər qərargahı hər iki futbolçunu Argentinanın U-23 yığmasının yoldaşlıq oyunları keçirə biləcəyi Asiya turnesinə çağırmağı planlaşdırır. Həmçinin bildirilir ki, Lionel Messi və Anxel Di Mariya gənclər komandası ilə məşqlərdə iştirak edə biləcəklər.
Xatırladaq ki, hər iki oyunçu 2008-ci ildə Pekində keçirilmiş Olimpiya Oyunlarında qızıl medal qazanıb.


