MS İngiltərə Kubokunda 1/8 finala yüksəldi

Bu gün futbol üzrə İngiltərə Kubokunda 2023/2024 mövsümünün 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Bristol Siti” – “Nottingem Forest” və “Çelsi” – “Aston Villa” matçlarında hesab açılmayıb. “Şeffild Uensdey” – “Koventri Siti” matçında da qalib müəyyənləşməyib. Reqlamentə əsasən, bu komandalar təkrar matçda üz-üzə gələcəklər.

“Tottenhem”in qonağı olan “Mançester Siti” isə tək qolla qalib gələrək 1/8 finala yüksəlib.

Xatırladaq ki, daha öncə “Bornmut” da növbəti mərhələyə vəsiqə qazanmışdı.

İngiltərə Kubokunda 1/16 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq.

İngiltərə Kuboku
1/16 final
25 yanvar

Bornmut – Suonsi Siti 5:0

26 yanvar

Bristol Siti – Nottingem Forest 0:0
Çelsi – Aston Villa 0:0
Şeffild Uensdey – Koventri Siti 1:1
Tottenhem – Mançester Siti 0:1

27 yanvar

16:30. İpsviç Taun – Meydston Yunayted
19:00. Everton – Luton Taun
19:00. Lids – Plimut
19:00. Lester Siti – Birmingem Siti
19:00. Şeffild Yunayted – Brayton
23:00. Fulhem – Nyukasl

28 yanvar

15:45. Vest Bromviç – Vulverhempton
18:00. Uotford – Sauthempton
18:30. Liverpul – Norviç Siti
20:30. Nyuport – Mançester Yunayted

29 yanvar

23:30. Bləkbörn – Reksem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: