Premyer Liqa: “Arsenal”dan çətin qələbə, debütantdan 4 qol

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Fulhem” – “Everton” matçında qapılara qol vurulmayıb. “Nyukasl” səfərdə “Aston Villa”nı, London “Arsenal”ı isə “Nottingem Forest”i məğlub edib.

Debütant “Luton Taun” doğma meydanda “Brayton”a 4 cavabsız qolla qalib gəlib. “Kristal Pelas” da “Şeffild Yunayted”i xalsız yola salıb.

Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
22-ci tur
30 yanvar

Nottingem Forest – Arsenal 1:2
Qollar: Avoniyi, 89 – Qabriel Jezus, 65. Saka, 72.

Fulhem – Everton 0:0

Luton Taun – Brayton 4:0
Qollar: Adebayo, 1; 42; 56. Oqbene, 3.

Kristal Pelas – Şeffild Yunayted 3:2
Qollar: Eze, 17; 27. Olise, 67 – Brereton Dias, 1. Makate, 20.

Aston Villa – Nyukasl 1:3
Qollar: O.Uotkins, 71 – Şer, 32; 36. A.Moreno, 52-öz qapısına.

31 yanvar

23:30. Mançester Siti – Börnli
23:30. Tottenhem – Brentford
00:15. Liverpul – Çelsi

1 fevral

23:30. Vest Hem – Bornmut
00:15. Vulverhempton – Mançester Yunayted

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: