Premyer Liqa: MY-dən dramatik qələbə – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Vest Hem” – “Bornmut” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Vulverhempton” – “Mançester Yunayted” matçı daha dramatik və məhsuldar alınıb. 85-ci dəqiqəyə qədər 1:3 hesabıyla məğlub durumda olan meydan sahibləri 10 dəqiqəyə iki qol vurmaqla hesaba tarazlıq gətiriblər. Amma ruhdan düşməyən “qırmızı şeytanlar” daha bir qol vurmaqla çətin səfərdə qələbəni qopara biliblər.

Beləliklə, 22 turdan sonra 51 xala malik “Liverpul” vahid liderdir. Bir oyun az keçirmiş son çempion “Mançester Siti” ilə “Arsenal”ın 46 xalı var. “Tottenhem”lə “Aston Villa” da 43 xal toplayıb. “Vest Hem”in 36, “Mançester Yunayted”in 35, “Vulverhempton”un 29 xalı var.

İngiltərə, Premyer Liqa
22-ci tur
30 yanvar

Nottingem Forest – Arsenal 1:2
Qollar: Avoniyi, 89 – Qabriel Jezus, 65. Saka, 72.

Fulhem – Everton 0:0

Luton Taun – Brayton 4:0
Qollar: Adebayo, 1; 42; 56. Oqbene, 3.

Kristal Pelas – Şeffild Yunayted 3:2
Qollar: Eze, 17; 27. Olise, 67 – Brereton Dias, 1. Makate, 20.

Aston Villa – Nyukasl 1:3
Qollar: O.Uotkins, 71 – Şer, 32; 36. A.Moreno, 52-öz qapısına.

31 yanvar

Mançester Siti – Börnli 3:1
Qollar: X.Alvares, 16; 22. Rodri, 46 – Əl-Daxil, 90+3.

Tottenhem – Brentford 3:2
Qollar: Udoqi, 48. Conson, 49. Riçarlison, 56 – Maupay, 15. Touni, 67.

Liverpul – Çelsi 4:1
Qollar: Jota, 23. Bredli, 39. Soboslai, 65. L.Dias, 79 – Nkunu, 71.

1 fevral

Vest Hem – Bornmut 1:1
Qollar: Uord-Prauz, 61-pen – Solanke, 3.

Vulverhempton – Mançester Yunayted 3:4
Qollar: Sarabiya, 17-pen. Kilman, 85. Neto, 90+5 – Raşford, 5. Höylund, 22. Maktominey, 75. Meynu, 90+7.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: