Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Everton” – “Tottenhem” və “Börnli” – “Fulhem” matçlarında qalib müəyyənləşməyib. Səkkiz qolun vurulduğu “Nyukasl” – “Luton Taun” görüşündə də tərəflər hərəyə 1 xalla kifayətləniblər.
“Brayton” doğma meydanda “Kristal Pelas”a böyük hesabla qalib gəlib. Səfərdə “Şeffild Yunayted”lə üz-üzə gələn “Aston Villa” da rəqibini biabırçı hesabla məğlub edib.
23-cü turun qalan görüşləri fevralın 4-5-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
23-cü tur
3 fevral
Everton – Tottenhem 2:2
Qollar: Harrison, 30. Brentueyt, 90+4 – Riçarlison, 4; 41.
Brayton – Kristal Pelas 4:1
Qollar: Dank, 3. Hinşelvud, 33. Buonanotte, 34. J.Pedro, 85 – Mateta, 71.
Börnli – Fulhem 2:2
Qollar: Fofana, 71; 90+1 – Palinya, 17. R.Muniz, 21.
Nyukasl – Luton Taun 4:4
Qollar: Lonqstaff, 7; 23. Trippyer, 67. Barnes, 73 – Oşo, 21. Barkli, 40. Morris, 59-pen. Adebayo, 62.
Şeffild Yunayted – Aston Villa 0:5
Qollar: Makqinn, 12. Uotkins, 16. Beyli, 20. Tilemans, 30. Moreno, 47.
4 fevral
18:00. Bornmut – Nottingem Forest
18:00. Çelsi – Vulverhempton
18:00. Mançester Yunayted – Vest Hem
20:30. Arsenal – Liverpul
5 fevral
00:00. Brentford – Mançester Siti


