İngiltərə Premyer Liqa klubunun adı açıqlanmayan futbolçusu şənləndirici qazdan istifadəetmə meylinə görə bərpa keçib.
Arena.az bu barədə “The Sun” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, adı açıqlanmayan futbolçu tarixdə bu bərpa kursundan keçmiş ilk futbolçu olub. Vurğulanır ki, söhbət “Premyer Liqa ulduzu”ndan gedir. Ailəsinin klubdan kömək istəməsindən sonra futbolçu bərpa kursuna göndərilib. Bildirilib ki, bir neçə həftə əvvəl polis oyunçunun sərnişin olduğu avtomobili saxlayıb və orada azot oksidi olan çənlər aşkar edib. Hüquq-mühafizə orqanları onların futbolçuya məxsus olduğunu sübut edə bilməyib.
İngiltərə futbolunda kifayət qədər geniş yayılmış, şənləndirici qazdan asılılığı olan digər futbolçuların da bərpa keçə biləcəyi vurğulanır.


