Premyer Liqa: “Liverpul” “Luton Taun”u 4 qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Liverpul” doğma meydanda “Luton Taun”la üz-üzə gəlib. Bol qollu qarşılaşmanın yekununda “qırmızılar” darmadağına seviniblər.

“Liverpul” bu qələbədən sonra xallarının sayını 60-a çatdırıb və vahid liderdir. Son çempion “Mançester Siti” 56 xalla ikinci, “Arsenal” 55 xalla üçüncü sırada qərarlaşıb.

26-cı turun “Çelsi” – “Tottenhem” oyunu da təxirə salınıb. Turun qalan qarşılaşmaları qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
26-cı tur
21 fevral

Liverpul – Luton Taun 4:1
Qollar: Van Deyk, 56. Qakpo, 58. L.Dias, 71. Elliott, 90 – Oqbene, 12.

24 fevral

19:00. Aston Villa – Nottingem Forest
19:00. Brayton – Everton
19:00. Kristal Pelas – Börnli
19:00. Mançester Yunayted – Fulhem
21:30. Bornmut – Mançester Siti
00:00. Arsenal – Nyukasl

25 fevral

17:30. Vulverhempton – Şeffild Yunayted

26 fevral

00:00. Vest Hem – Brentford

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: