Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” avrokubokların bu həftə keçirilmiş oyunlarından sonra UEFA reytinqində irəliləyib.
Arena.az xəbər verir ki, ötən gecə Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa”nı keçərək 1/8 finala yüksələn Ağdam təmsilçisi bu uğuru sayəsində UEFA reytinqindəki mövqeyini də yaxşılaşdırıb.
Belə ki, hazırda aktivində 32,000 xalı olan “Qarabağ” 60-cı yerdən 56-cı pilləyə yüksəlib. “Fənərbaxça” və “Seltik”lə ilə eyni pilləni bölüşən komandamız Avropa Liqasında mübarizəni dayandıran “Qalatasaray”ı, eləcə də “Fiorentina”nı geridə qoyub.
Avroliqanın 1/8 finalında yenidən Azərbaycan çempionuna rəqib olan Almaniya təmsilçisi “Bayer” isə 78,000 xalla 18-ci sırada qərarlaşıb.
Reytinq cədvəlinə 143,000 xala malik “Mançester Siti” başçılıq edir. “Bayern” ikinci (136,000), Madrid “Real”ı isə (125,000) üçüncüdür.
Reytinq cədvəlinin ilk 30 pilləsində qərarlaşmış komandaların siyahısı belədir:
- Mançester Siti (İngiltərə) – 143,000
- Bayern (Almaniya) – 136,000
- Real (İspaniya) – 125,000
- PSJ (Fransa) – 110,000
- Liverpul (İngiltərə) – 107,000
- İnter (İtaliya) – 101,000
- Leypsiq (Almaniya) – 96,000
- Çelsi (İngiltərə) – 96,000
- Roma (İtaliya) – 92,000
- Mançester Yunayted (İngiltərə) – 92,000
- Borussiya (Dortmund, Almaniya) – 86,000
- Barselona (İspaniya) – 86,000
- Atletiko (Madrid, İspaniya) – 84,000
- Sevilya (İspaniya) – 84,000
- Napoli (İtaliya) – 80,000
- Vilyarreal (İspaniya) – 80,000
- Yuventus (İtaliya) – 80,000
- Bayer (Almaniya) – 78,000
- Portu (Portuqaliya) – 77,000
- Benfika (Portuqaliya) – 73,000
- Arsenal (İngiltərə) – 68,000
- Atalanta (İtaliya) – 68,000
- Ayaks (Niderland) – 66,000
- Vest Hem (İngiltərə) – 65,000
- Şaxtyor (Donetsk, Ukrayna) – 63,000
- Reyncers (Şotlandiya) – 62,000
- Ayntraxt (Frankfurt, Almaniya) – 60,000
- Feyenord (Niderland) – 57,000
- Brügge (Belçika) – 56,000
- Latsio (İtaliya) – 54,000
Azərbaycanın UEFA reytinqində yer alan digər klublarının mövqeləri isə belədir:
143. Neftçi – 10,000
275. Qəbələ – 4,500
316. Sabah – 3,975
316. Zirə – 3,975
316. Şamaxı – 3,975
316. Sumqayıt – 3,975
316. Səbail – 3,975
Sonda onu da xatırladaq ki, ölkələrin UEFA reytinqində Azərbaycan 27-ci yerdədir. Ancaq artıq avrokuboklarda təmsilçisi olmayan Bolqarıstandan (19,875) cəmi 0,500 xal geri qalırıq. Bu da o deməkdir ki, “Qarabağ”ın 1/8 finalda bir qələbəsi Azərbaycanın Bolqarıstanı geridə qoymağı üçün yetərli olacaq.


