Premyer Liqa: “Zirə” 3 sindroma birdən son qoydu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 24-cü turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması “Araz-Naxçıvan”la “Zirə” arasında baş tutub.

Bu komandaların hər ikisi mövsümə çox yaxşı başlamışdılar. Amma 2024-cü ildə bu komandaların çıxışında və nəticələrində geriləmə diqqət çəkirdi. Naxçıvan təmsilçisi bu oyundan öncə 31 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşmışdı. “Zirə” isə 32 xalla 5-ci pilləyə düşmüşdü. Zirəlilərin son 10 turda qələbəyə həsrət qalması da xüsusi diqqət çəkirdi.

“Araz-Naxçıvan”la “Zirə” bu günə qədər cəmi 2 oyunda qarşılaşmışdılar. “Zirə” bu rəqiblə oyunlarda da qələbə qazana bilməmişdilər. Əvvəlki oyunlardan biri heç-heçə, digəri isə Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşmışdı. “Zirə” əvvəlki qarşılaşmalarda qol da vurmamışdı. Bir sözlə, “Zirə” bu gün həm “Araz-Naxçıvan”la oyunlardakı uğursuz gedişata son qoymağa, həm də qələbə həsrətinin 11 oyuna çıxmamasına çalışıb. Rəşad Sadıqovun komandası buna darmadağınla nail olub.

Turun və günün son qarşılaşması son çempion və lider “Qarabağ”la “Sumqayıt” arasında baş tutacaq. Daha öncə “Kəpəz” “Qəbələ”yə (2:1), “Səbail” “Sabah”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçında (1:1) qalib müəyyənləşməyib.

Premyer Liqa
24-cü tur
23 fevral

“Araz-Naxçıvan” – “Zirə” 0:3
Qollar: Vanderson Melo, 20-öz qapısına. Rəhim Sadıxov, 74. Rafael Utziq, 77.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
Bakı. “Dalğa Arena”, 16:30.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Ələkbərov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: