Raul Allahverdiyev Azərbaycan millisindən niyə imtina edib?

Qazaxıstanın “Jenis” klubunun hücumçusu Raul Allahverdiyev Azərbaycan milli komandasında oynamaqdan imtina edib.

Arena.az xəbər verir ki, 17 yaşlı futbolçu bunu sözügedən klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, Qazaxıstan yığmasında çıxış etmək arzusunda olduğunu bildirib. Yeniyetmə futbolçu Azərbaycanda oynamaq fikrində olmadığını etiraf edib:

“Belə diqqətdən məmnunam. Amma mən Qazaxıstanın gənclərdən ibarət komandasının oyunçusuyam. 15 yaşımda “Jenis”in heyətində peşəkar futbolda debüt etdim. Bu klubu və Qazaxıstanı öz evim hesab edirəm. Bu ölkənin yığmasına düşməyə çalışacağam”.

Xatırladaq ki, Raul Allahverdiyev Qazaxıstanın U-17 yığmasında çıxış edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: