Premyer Liqa: “Kəpəz” ev oyununu Bakıda keçirəcək

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28-ci turun bütün görüşləri canlı yayımlanacaq.

Yeri gəlmişkən, stadionunda əsaslı təmir və yenidənqurma işləri aparılan “Kəpəz”in müraciəti, “Qarabağ”ın razılığı ilə Gəncə təmsilçisi 28-ci turdakı ev oyununu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Premyer Liqa
28-ci tur
29 mart

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 16:30.

“Kəpəz” – “Qarabağ”
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

30 mart

“Səbail” – “Turan Tovuz”
“Bayıl Arena”, 16:30.

“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 19:00.

31 mart

“Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: