Premyer Liqa: “Bornmut” 0:3 uduzduğu matçda qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 17-ci turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması “Bornmut” və “Luton Taun” komandaları arasında baş tutub.

Qarşılaşmaya daha yaxşı başlayan qonaqlar ilk hissədə 3 cavabsız qola seviniblər. Amma ikinci hissədə özünə gələn “Bornmut” buraxdığı qolların əvəzini artıqlaması ilə çıxmaqla meydandan əzmkar qələbəylə ayrılıb.

Bu qələbədən sonra “Bornmut” 35 xalla 13-cü sırada qərarlaşıb. “Luton Taun” isə 21 xalla 18-ci pillədə qalıb.

İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” və “Liverpul” komandaları şərikli liderlik edirlər. Hər iki komandanın 64 xalı var. Son çempion “Mançester Siti” 63 xalla ikincidir. “Aston Villa” 55, “Tottenhem” 53, “Mançester Yunayted” 43 xal toplayıb.

İngiltərə, Premyer Liqa
17-ci tur
13 mart

Bornmut – Luton Taun 4:3
Qollar: Solanke, 50. Zabarnı, 62. Semenyo, 64; 83 – Conq, 9. Oqbene, 31. Barkli, 45+1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: