“FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisi martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq milli komandamızın bu toplanış üçün heyəti də məlumdur.
Yığmaya müvəqqəti rəhbərlik edən Arif Əsədov 28 futbolçuya dəvət göndərib. Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.
Xatırladaqk ki, millimiz “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.
- Şahruddin Məhəmmədəliyev – Adana Dəmirspor (Türkiyə)
- Səlahət Ağayev – Səbail
- Rza Cəfərov – Neftçi
- Aleksey İsayev – Qarabağ
- Amin Seydiyev – Sabah
- Bəhlul Mustafazadə – Qarabağ
- Coşqun Diniyev – Ümraniyəspor
- Eddi İsrafilov – Neftçi
- Elvin Camalov – Sabah
- Elvin Cəfərquliyev – Qarabağ
- Emin Mahmudov – Neftçi
- Musa Qurbanlı – Yurqorden (İsveç)
- Ozan Can Kökçü – Eyndhoven
- Qismət Alıyev – Zirə
- Rahil Məmmədov – LKS (Lodz, Polşa)
- Ramil Şeydayev – Kocaelispor (Türkiyə)
- Renat Dadaşov – Hatayspor (Türkiyə)
- Toral Bayramov – Qarabağ
- Bəxtiyar Həsənalızadə – Tuzlaspor (Türkiyə)
- Bədavi Hüseynov – Qarabağ
- Vüsal İsgəndərli – Boluspor (Türkiyə)
- Filip Ozobiç – Neftçi
- Emil Mustafayev – Polesye (Ukrayna)
- Ceyhun Nuriyev – Zirə
Ehtiyat oyunçular:
- Murad Xaçayev – Sumqayıt
- Rövlan Muradov – Sumqayıt
- Orxan Əliyev – Araz-Naxçıvan
- Rüfət Abdullazadə – Səbail


