KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, finalda Meksika yığmasını 2:0 hesabı ilə üstələyən ABŞ milli komandası titula sahib çıxıb.
Qalib komandanın qollarını 45-ci dəqiqədə Tayler Adams və 63-cü dəqiqədə Covanni Reyna vurublar.
Beləliklə, ABŞ milli komandası ardıcıl üçüncü dəfə bu turnirdə qızıl medallara sahib çıxıb.
Üçüncü yer uğrunda görüşdə Yamayka Panamanı minimal hesabla üstələyib – 1:0. Qələbə qoluna 42-ci dəqiqədə Dekster Lembikisa imza atıb.
Xatırladaq ki, KONKAKAF Millətlər Liqası 2019-cu ildən keçirilir. İndiyə qədər cəmi 3 turnir keçirilib və hər üçüncü ABŞ yığması qalib olub.


