Premyer Liqa: “Arsenal” 2, MS 4 qolla qalib gəldi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Brentford” – “Brayton” matçında qapılara qol vurulmayıb.

Çempionluq uğrunda mübarizə aparan London “Arsenal”ı doğma meydanda debütant “Luton Taun”a 2 cavabsız qolla qalib gəlib.

Ötən mövsümün qalibi olan “Mançester Siti” isə doğma meydanda “Aston Villa”ya böyük hesabla qalib gəlib.

31-ci tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
31-ci tur
2 aprel

Nyukasl – Everton 1:1
Qollar: A.İsak, 15 – Kalvert-Levin, 88.

Nottingem Forest – Fulhem 3:1
Qollar: Hadson-Odoi, 9. Vud, 19. Gibbs-Uayt, 45+3 – Adarabioyo, 49.

Bornmut – Kristal Pelas 1:0
Qol: Kluyvert, 79.

Börnli – Vulverhempton 1:1
Qollar: Larsen, 37 – Ait-Nuri, 45+3.

Vest Hem – Tottenhem 1:1
Qollar: Zuma, 19 – B.Conson, 5.

3 aprel

Arsenal – Luton Taun 2:0
Qollar: Edeqor, 24. Haşioka, 44-öz qapısına.

Brentford – Brayton 0:0

Mançester Siti – Aston Villa 4:1
Qollar: Rodri, 11. Foden, 45+1; 62; 69 – Duran, 20.

4 aprel

22:30. Liverpul – Şeffild Yunayted
23:15. Çelsi – Mançester Yunayted

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: