UEFA “Qarabağ”a 1 milyon 700 min avro ödəniş etdi

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Azərbaycan çempionu “Qarabağ”a avrokuboklardakı uğurlarına görə növbəti dəfə ödəniş edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam klubuna Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro verilib.

UEFA-nın ayırdığı maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: