Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 17-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında baş tutub.
İlk matçda son çempion və lider “Araz-Naxçıvan”la əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb. Bu görüşdə “qırmızı-ağlar” qələbə qazanacağı təqdirdə çempionluğu təmin edəcəkdi. 9 qolun qeydə alındığı oyun məhz Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb. Nəticədə bu komanda növbəti dəfə Azərbaycan çempionu olub.
İkinci oyunda “Baku Fire” U-19 üzərində böyükhesablı qələbə qazanmaqla “Neftçi” ilə xal fərqini artırıb.
“Record”la qarşılaşan “Yasamal Bakı” da turu böyükhesablı qələbə ilə yekunlaşdırıb.
Yüksək Liqa
17-ci tur
4 aprel
“Araz-Naxçıvan” – “Neftçi” İK 5:4
Qollar: Lukas Romao, 0:17; 7:47. Diaqo Auqusto, 3:34; 4:53; 29:15 – Amir Şocaei, 6:44. Ülvi Əliyev, 14:21. Namiq Məmmədkərimov, 21:58; 28:46-pen.
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 14:00.
U-19 – Baku Fire 1:10
Qollar: Bəyoğlan Vəlizadə, 33:23 – Tofiq Mikayılov, 1:19. Kənan Manafov, 8:48; 21:43; 29:37. Yaqo Henrike, 14:51; 20:29. Oruc Baxşəlizadə, 33:40; 35:00; 37:12. Elvin Quliyev, 39:56.
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:00.
Record – Yasamal Bakı 1:11
Qollar: Nahid Mirzəzadə, 39:46 – Behroz Jafari, 7:28; 38:12. Adil İsmayılov, 14:16. Rüstəm Bağırov, 14:55; 15:05; 24:03; 31:24; 38:31; 39:21. Fuad Məmmədzadə, 19:31. Tofiq Məlikov, 37:49.
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:00.
Xallar: Araz Naxçıvan – 46. Baku Fire – 37. Neftçi İK – 33. Yasamal Bakı – 17. U-19 – 9. Record – 4.


