İngiltərə Premyer Liqası klubların mənfəət və davamlılıq qaydalarının pozulmasına görə xallardan məhrum edilməsini ləğv etmək etmək istəyir.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Premyer Liqa bu cəzanın əvəzində “cah-calal vergisi” tətbiq etməkdə maraqlıdır.
Mənbənin məlumatına görə, klublar artıq köklü islahatları müzakirə ediblər. Mövsümün sonunda, iyunda keçiriləcək iclasda yeni qaydanın tətbiqi ilə bağlı qərar qəbul edilə bilər. Vurğulanır ki, 20 klubdan 17-si müvafiq xüsusda ciddi dəyişikliklərə meyllidir. Qaydalara dəyişiklik etmək üçün isə 14 klubun razılığı mütləqdir.
Həddindən artıq pul xərcləyən klubların artan maliyyə cəzaları ilə üzləşəcəyi “cah-calal vergisi”nin tətbiqi arıtq nəzərdən keçirilib. Toplanılacaq vəsaitin isə daha sonra müvafiq qaydalara əməl edən Premyer Liqa klubları arasında bölüşdürüləcəyi nəzərdə tutulub.
Xatırladaq ki, bundan əvvəl, maliyyə ədaləti qaydalarını pozduqları üçün “Everton” Premyer Liqanın yarış cədvəlində 6 xalından, “Nottingem Forest” isə 4 xalından məhrum edilmişdilər.


