Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Liverpul” doğma meydanda “Şeffild Yunayted”lə qarşılaşıb. “Qırmızılar” bu oyunda inamlı qələbə qazanmaqla yenidən liderliyi ələ keçiriblər.
Tura “Çelsi” – “Mançester Yunayted” matçı ilə yekun vurulub. London təmsilçisi 2 erkən qol vurmasına baxmayaraq, bu üstünlüyü əldən verib. Belə ki, “qırmızı şeytanlar” elə ilk hissədə hesaba tarazlıq gətiriblər. Fasilədən sonra daha bir qol vuran Mançester təmsilçisi hesabda önə də keçib. Amma əlavə vaxtda iki qol vurmağa nail olan londonlular dramatik matçdan qələbə ilə ayrılıblar.
Beləliklə, 30 turdan sonra 70 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 68 xalla ikinci, “Mançester Siti” 67 xalla üçünçü pillədə qərarlaşıb.
“Aston Villa” 59, “Tottenhem” 57, “Mançester Yunayted” 48, “Vest Hem” 45, “Nyukasl” 44, “Brayton” və “Çelsi” 40 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
31-ci tur
2 aprel
Nyukasl – Everton 1:1
Qollar: A.İsak, 15 – Kalvert-Levin, 88.
Nottingem Forest – Fulhem 3:1
Qollar: Hadson-Odoi, 9. Vud, 19. Gibbs-Uayt, 45+3 – Adarabioyo, 49.
Bornmut – Kristal Pelas 1:0
Qol: Kluyvert, 79.
Börnli – Vulverhempton 1:1
Qollar: Larsen, 37 – Ait-Nuri, 45+3.
Vest Hem – Tottenhem 1:1
Qollar: Zuma, 19 – B.Conson, 5.
3 aprel
Arsenal – Luton Taun 2:0
Qollar: Edeqor, 24. Haşioka, 44-öz qapısına.
Brentford – Brayton 0:0
Mançester Siti – Aston Villa 4:1
Qollar: Rodri, 11. Foden, 45+1; 62; 69 – Duran, 20.
4 aprel
Liverpul – Şeffild Yunayted 3:1
Qollar: Nunyes, 17. Makallister, 76. Qakpo, 90 – Bredli, 58-öz qapısına.
Çelsi – Mançester Yunayted 4:3
Qollar: Qallaxer, 4. Palmer, 19-pen; 90+10; 90+11 – Qarnaço, 34; 67. B.Fernandes, 39.


