Futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turunun “Sabah”la oyunundakı qələbə “Turan Tovuz” üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn qərblilər 20-ci qələbəsini əldə ediblər.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi bu yubileyi 65-ci oyununda rəsmiləşdirib. Tovuzlular 11 dəfə evdə, 9 dəfə səfərdə üç xal qazanıblar. Bölgə təmsilçisi Azərbaycan çempionatları tarixinə ən azı 20 qələbə qazanan 39-cu komanda kimi düşüb.
Xatırladaq ki, “Turan Tovuz”un Premyer Liqadakı ilk qələbəsi 2022-ci il avqustun 13-nə təsadüf edib. Qərblilər səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Ayxan Abbasovun çalışdırdığı komanda Premyer Liqanın 2023/2024 mövsümündə 29 turdan sonra 39 xal toplayıb və 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


