Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv doğma meydanda İsveçrə yığması ilə üz-üzə gələcək.
B Liqasının 1-ci qrupu çərçivəsində Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək oyuna saat 16:00-da start veriləcək. Qarşılaşmanın baş hakim rumıniyalı Alina Peşu olacaq.
Qrupun digər matçında Türkiyə yığması Macarıstan millisini qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını bir neçə gün öncə səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi. İsveçrə yığması isə ilk turda Türkiyə millisini 3:1 hesabı ilə üstələmişdi.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
9 aprel
Azərbaycan – İsveçrə
Baş hakim: Alina Peşu (Rumıniya).
Baş hakimin köməkçiləri: Daniela Konstantineşçu, Petruta Klaudia İuquleşçu (Rumıniya)
Dördüncü hakim: Kristina Mariana Trandafir (Rumıniya).
Bakı. “Dalğa Arena”. Saat 16:00.


