Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Füzuli” – “Şəki Siti” oyununda qalib müəyyənləşməyib. “Şəmkir” “Lerik”i, “Kürmük Qax” isə “Ağdaş”ı məğlub yola salıb. “Göygöl”ün qonağı olan lider “Baku Sportinq” də turu inamlı qələbə ilə başa vurub.
20-ci tura sabah keçiriləcək “Cəbrayıl” – “Şəfa” oyunu ilə yekun vurulacaq.
İkinci Liqa
20-ci tur
8 aprel
“Qusar” – “Şahdağ Qusar” 0:2
Qollar: Famil Camalov, 13. Ruslan Ağalarov, 88-pen.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Kür-Araz” – “Dinamo” 2:2
Qollar: Elxan Məmmədov, 51. Ramazan Abbasov, 79 – İntiqam Məmmədov, 83; 88-pen.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00.
9 aprel
“Füzuli” – “Şəki Siti” 2:2
Qollar: Emin Quliyev, 17; 73 – Sərcan Omarov, 30. Tural Məmmədzadə, 43.
Hakimlər: Əli Əliyev, Orxan İbişov, Sənan Atayev, Alik Yunusov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Kürmük Qax” – “Ağdaş” 1:0
Qol: Fuad Osmanlı, 62.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qax OİK stadionu, 16:00.
“Göygöl” – “Baku Sportinq” 0:2
Qollar: Comərd Baxşəliyev, 27-pen. Hikmət Verdiyev, 30-öz qapısına.
Hakimlər: Kamal Umudlu, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Göygöl OİK stadionu, 16:00.
“Şəmkir” – “Lerik” 2:0
Qollar: İlkin Əliyev, 61. Sahib Cümşüdov, 84.
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şəmkir OİK stadionu, 16:30.
10 aprel
“Cəbrayıl” – “Şəfa”
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Mirnihad Seyidov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.


