Premyer Liqa: “Sumqayıt” 14 oyundur yenə bilmədiyi “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Sumqayıt” ilə “Zirə” komandaları üz-üzə gələcəklər. Qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq.

Hər iki komandanın avrokuboklara vəsiqə uğrunda mübarizə aparması oyuna olan marağı artıran məqamlardandır. Belə ki, hazırda “Zirə” 45 xalla 2-ci, “Sumqayıt” isə 43 xalla 4-cü pillədə qərarlaşıb.

Bu günə qədər 34 oyunda üz-üzə gəlmiş bu komandaların görüşlərində Sumqayıt təmsilçisi 6, zirəlilər 18 qələbə qazanıblar. 10 oyunda isə qalib müəyyənləşməyib. “Sumqayıt” 14 oyundur bu rəqibinə qalib gəlmir. “Zirə” 4 matçdır qol buraxmır.

Premyer Liqa
30-cu tur

12 aprel

“Sumqayıt” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

13 aprel

“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 16:30.

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena”, 19:00.

14 aprel

“Səbail” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASCO Arena”, 16:30.

“Sabah” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Masazır Arena”, 19:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: