Premyer Liqa: Rekordun bir addımlığında

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarında qapılara 18 qol vurulub.

Arena.az xəbər verir ki, “Turan Tovuz” – “Sumqayıt” (1:4) matçında 5, “Qarabağ” – “Qəbələ” (2:2) və “Zirə” – “Neftçi” (3:1) oyunlarının hərəsində 4, “Kəpəz” – “Sabah” (1:2) qarşılaşmasında 3, “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündə iki qol qeydə alınıb.

Bu, mövsümün ikinci yarısının rekordunun təkrarıdır. 25-ci turda da qapılara 18 qol vurulmuşdu. Hər iki halda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Azərbaycan çempionatının cari mövsümünün rekordu isə 10 və 16-cı turlarda qeydə alınıb. Həmin vaxt qapılara 19 qol vurulub. Orta göstərici isə 3,80 olub.

Premyer Liqa çərçivəsində cari mövsümdə ən çox qol vurmuş komanda lider “Qarabağ”dır. Artıq çempionluğu da təmin etmiş Ağdam klubu rəqib qapılarından 85 top keçirib, 31-ni buraxıb. İkinci ən yaxşı göstərici isə “Turan Tovuz”la “Səbail”ə aiddir. Bu iki komanda rəqib qapılarından 47 top keçiriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: