Premyer Liqa: “Neftçi” “Turan Tovuz”u darmadağınla yola saldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci matçı “Neftçi” ilə “Turan Tovuz” arasında baş tutub.

Ötən tur məğlub olmuş bu komandalardan paytaxt təmsilçisi 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-ci pillədə qərarlaşmışdı.

“Neftçi” ilə “Turan Tovuz”un daha öncə baş tutmuş 7 çempionat oyununda bakılılar 4, tovuzlular 1 qələbəyə sevinmişdilər. 2 oyun bərabərliklə yekunlaşmışdı. “Neftçi” son 3 görüşdə xal qazanmışdısa, “Turan Tovuz” səfərdə bu rəqibinə qalib gəlməmişdi.

Elə bu dəfə də elə olub. Paytaxt təmsilçisi rəqibini 3 cavabsız qolla məğlub edib. Nəticədə “Neftçi” xallarının sayını 50-yə çatdıraraq 2-ci pilləyə yüksəlib.

Premyer Liqa
32-ci tur
28 aprel

“Neftçi” – “Turan Tovuz” 3:0
Qollar: Filip Ozobiç, 15. Yuri Matias, 31-pen. Rəhman Hacıyev, 70.
Qırmızı vərəqə: Bruno Qonçalves, 62.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Bakı. “Neftçi Arena”, 17:45.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 23. Ataa Caber, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

Turan Tovuz: 13. Aydın Bayramov, 14. Slavik Alxasov, 10. Xəyal Nəcəfov (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: