Futbol üzrə Azərbaycan milli komandasının bu il beynəlxalq yoldaşlıq oyunu çərçivəsində qarşılaşacağı daha bir rəqibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamız iyunun 11-də Qazaxıstan milli komandası ilə qarşılaşacaq. Macarıstanın “Haladas SportKomplexum” stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığma komandası ilə də beynəlxalq yoldaşlıq görüşü keçirəcək.


