Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Səbail” “Qəbələ”ni qəbul edib. Uzun müddətdir qələbəyə həsrət olan, elitanı tərk edəcəyi dəqiqləşən əyalət təmsilçisi Bakıda uğursuz gedişata son qoymaq arzusundaydı. Baxmayaraq ki, bu, “Qəbələ” üçün heç nəyi dəyişməyəcəkdi.
Ötən tur “Sabah”a uduzmuş “Səbail” isə ən azı 6-cı pillədəki mövqeyini qorumaq üçün rəqibini xalsız yola salmaq məcburiyyətindəydi.
“Səbail”lə “Qəbələ” bu günə qədər çempionat çərçivəsində 26 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdən 6-da qalib müəyyənləşməmişdi. Qalan görüşlərdə “Səbail” 8, “Qəbələ” 12 qələbə qazanmışdı. Son 8 oyunda qol vuran Bakı klubu son 3 matçda da qalib gəlmişdi.
Amma bu oyunda “Qəbələ” nəhayət ki, uğursuz gedişata son qoymağı bacarıb. 3 penalti və 5 qolun qeydə alındığı görüşün yekununda əyalət təmsilçisi 14 turdan sonra qələbə qazanıb. Bununla həm də “Səbail”in avrokuboklara vəsiqə qazanmaq şansı qalmayıb.
Premyer Liqa
33-cü tur
4 may
“Səbail” – “Qəbələ” 2:3
Qollar: Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen – Osama Xalayla, 20; 56-pen. Əyyub Allaş, 32.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
“Bayıl Arena”, 19:00.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.


