Premyer Liqa: “Sabah” “Qəbələ”yə, “Sumqayıt” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Çempionatın aşkar autsayderi, elitanı tərk edəcəyi dəqiqləşən “Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gələcək. Ardıcıl dörd oyundur qalib gələn, hazırda 52 xalla 4-cü pillədə yer almış paytaxt təmsilçisi bu oyundan da 3 xalla ayrılmağı hədəfləyib. Uzun müddətdən sonra ötən tur “Səbail”lə oyunda qələbə sevinci yaşamış “Qəbələ” isə bu dəfə eyni aqibəti “Sabah”a yaşatmaq arzusundadır.

Nəhayət, turun son matçı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq. 51 xalla 5-ci sırada yer almış Sumqayıtın eyniadlı təmsilçisi qalib gələcəyi halda 2-ci pilləyə yüksələcək. Avrokuboklara vəsiqə şansını ötən tur itirən “dənizçilər” son 2 turda məğlub olduğu üçün iddialı rəqibi ilə səfər matçında uğursuz gedişata son qoymağa çalışacaq.

Premyer Liqa
34-cü tur

10 may

“Neftçi” – “Kəpəz” 5:1
Qollar: Andre Şinyaşiki, 44; 47; 76. Brayan Moreno, 45+2. Ağadadaş Salyanski, 86 – Latir Fall, 36.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 19:00.

11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1
Qol: Alexandro Serrano, 63.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mərdəkan. “Dalğa Arena”, 17:00.

“Zirə” – “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 34-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksi stadionu, 19:30.

12 may

“Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: