Premyer Liqa: 35-ci turun 2 oyununda əcnəbi hakimlər!

Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun bu gün baş tutacaq 3 oyununun VAR təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq. Belə ki, “Sabah” – “Sumqayıt” görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa. “Səbail” – “Neftçi” matçına isə italiyalı Davide Gersini nəzarət edəcək.

Qeyd edək ki, bu, Azərbaycan futbolu tarixində bir ilkdir. İndiyə qədər çempionatımızın oyunlarına heç vaxt əcnəbi VAR hakimləri cəlb edilməmişdi.

Maraq üçün xatırladaq ki, bu gün baş tutacaq oyunlarda Avropa Konfrans Liqasına vəsiqələrin taleyi həll edilə bilər. Belə ki, “Səbail” və “Kəpəz” istisna olunmaqla, digər dörd komandanın hər biri avrokuboklara vəsiqə şansını saxlayır. Bu üzdən də AFFA və PFL rəhbərliyi əcnəbi VAR hakimi dəvət etməyə qərar verib.

Premyer Liqa
35-ci tur
18 may

“Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
VAR: Natan Verbumen.
AVAR: Əliyar Ağayev.
“Masazır Arena” 17:00.

“Səbail” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
VAR: Davide Gersini.
AVAR: Eyyub İbrahimov.
“Bayıl Arena”, 17:00.

“Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Tovuz şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: