Premyer Liqa: 2023/24 mövsümünün son təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 26-cı turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

2023/2024 mövsümünün sonuncu turunun oyunları mayın 25-də və 26-da keçiriləcək. Xüsusilə ilk oyun günündə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların taleyinə aydınlıq gələcək.

“Zirə” – “Səbail” matçı İnqilab Məmmədova tapşırılıb. “Neftçi” – “Sabah” oyunu Əliyar Ağayevə həvalə edilib. “Sumqayıt” – “Qəbələ” matçında isə Tural Qurbanov söz sahibi olacaq.

Bazar gününə təsadüf edəcək “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının baş hakimi Rəşad Əhmədov olacaq. “Araz-Naxçıvan” – “Qarabağ” oyununu isə Əkbər Əhmədov idarə edəcək.

Premyer Liqa
36-cı tur
25 may

“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 19:00.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

26 may

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: