Premyer Liqa: Avrokubok mübarizəsində kimlər sevinəcək?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 36-cı turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar məhz bu gün meydana çıxacaqlar. Prinsipial xarakter daşıyan hər üç görüş eyni saatda start götürəcək. “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək.

Hazırda avrokuboklara vəsiqə qazanmağa yaxın olan dörd komanda var. Bunlar 56 xalla 2-ci sırada olan “Neftçi”, 55 xalla 3-cü yerdə gedən “Zirə”, eyni xalla 4-cü olan “Sabah”, eləcə də 54 xalla 5-ci pillədə qərarlaşmış “Sumqayıt”dır. “Zirə” evdə “Səbail”ə, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlməklə üst pillələrdə qərarlaşmağa çalışacaq. Bu baxımdan “Neftçi” ilə “Sabah” arasındakı görüşə daha böyük maraq var. Çünki hər iki komanda avrokuboklara vəsiqə qazanmaq istəyir.

Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Turan Tovuz” mövsümün son matçında “Kəpəz”i, “Araz-Naxçıvan” isə çempion “Qarabağ”ı qəbul edəcək.

Premyer Liqa
36-cı tur
25 may

“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 19:00.

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

26 may

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 19:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: