Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo Portuqaliya yığmasının azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az məlumat verir ki, veteran futbolçu yığma komandanın AÇ-2024-ün qrup mərhələsinin 1-cu turunda Çexiya millisinə qarşı keçirəcəyi, mötəbər yarış çərçivəsindəki ilk oyunu ərəfəsində özünün sosial şəbəkə hesabları üzərindən portuqaliyalı azarkeşlərə müraciət edib:
“Portuqaliyalılar, bu gün tariximizin başqa bir fəsli başlayır. Yığmadakı ilk günümü, çətinliklər və qələbələrlə dolu günü məhəbbətlə xatırlayıram. İndi mənə, istedadlı və əzmkarlıqla dolu bir çempion komandanın yanında olmaq şərəfi bir daha nəsib olub. Hər bir kəsin gücü və dəstəyi ilə xəyalları gerçəkliyə çeviririk. Gəlin, yeni qələbə uğrunda birlikdə mübarizə aparaq. Birlikdə bizi dayandırmaq mümkünsüzdür. İrəli, Portuqaliya!”, deyə Ronaldo ilhamla çağırış edib.
Xatırladaq ki, Avropa çempionatının “F” qrupunda yer almış Portuqaliya və Çexiya yığmalarının oyunu bu gün, iyunun 18-də Leypsiqin “Red Bull Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.


