Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Türkiyə millisi ilə oyunu (3:0) şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, biz elə, Çexiya yığması ilə oyunda olduğu kimi, eyni səviyyədə oynadıq, amma bu dəfə qolu birinci vura bildik. Türkiyə millisi yaxşı başladı, amma biz duruş gətirdik və qol vuraraq vəziyyətə nəzarəti ələ keçirdik. Bundan sonra paltardəyişmə otağımızdakı digər oyunçulara oyun vaxtı verə bilərik – onlar buna layiqdirlər.
Bu, asan oyun deyildi. İnanıram ki, Türkiyə millisinin heyətində müstəsna istedadlar var, amma biz onların fəaliyyət göstərmələrinə imkan vermədik. Oyunun yüksək nəbzi bizə məsələləri öz əlimizə almaq imkanı verdi ki, bunun müqabilində biz müdafiədəki oyunumuzda köklənmiş və diqqətli qala bilirdik. Mən “quru” hesablı oyuna şadam”, deyə Roberto Martines vurğulayıb.
Qələbə sayəsində Portuqaliya yığması qrup qalibi olaraq yarışın ələmə mərhələsinə vəsiqə qazanıb.
2-ci turdan sonra “F” qrupunda belə mənzərə yaranıb:
- Porutqaliya – 6 xal
- Türkiyə – 3 xal
- Çexiya – 1 xal
- Gürcüstan – 1 xal


