Qari Lineker İngiltərə yığması haqda: “Bu, nəcisdir”

İngiltərə yığmasının keçmiş hücumçusu Qari Lineker milli komandanın AÇ-2024-də nümayiş etdirdiyi oyunu tənqid edib.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, Linekerin səbr kasası İngiltərə yığmasının qrup mərhələsinin 2-ci turunda Danimarka yığmasına qarşı keçirdiyi bərbad oyundan (1:1) sonra daşıb:

“İstəsəniz, fərqli sözlər və söyüşlər düşünüb dilə gətirə bilərsiniz, amma bu, nəcis idi… Biz bunu başqa yarışlar da görmüşük. İngiltərə yığması yaxşı başlayır, sonra qol vururlar və hər şey dəyişir, bu isə demək olar ki, taktika kimidir: qol vurmaq və ondan yapışmaq… Onlara başqa cür oynamaq öyrədilməyibmi?” deyə Qari Lineker təndiqlə müraciət edib.

Xatırladaq ki, İngiltərə yığması 4 xalla “C” qrupuna başçılıq edir. Danimarka, Sloveniya yığmaları 2 xalla, Serbiya komandası isə 1 xalla iddialarını sonuncu, 3-cü tura saxlayıblar.

Sonuncu turda İngiltərə yığması Sloveniya yığması ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: