Rikardo Fernandes “Şamaxı”da – Rəsmi

Portuqaliyanın “Torreense” klubunun qapıçısı Rikardo Fernandes bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.

Portuqaliyadan olan qolkiperlə 1 illik müqavilə imzalanıb. 29 yaşlı qapıçı yeni klubuna azad agent kimi qoşulub.

Rikardo Fernandes 2023-cü ilin yayından formasını geyindiyi “Torreense”də cəmi 4 oyuna çıxıb, 4 qol buraxıb və 1 oyunda qapısını toxunulmaz saxlayıb. O, daha öncə “Akademiko Vizeu”, “Fafe”, “Santa Klara”, “Famalikan”, “Belenenseş” və “Elektriko” kimi klubların da formasını geyinib.

Xatırladaq 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail) və Georgi Kantariyanı (“Nejmeh”, Livan) da heyətində qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də əyalət klubuna qayıdıb. Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla yeni müqavilə imzalanıb. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov isə komandanı tərk ediblər. Sahib Həsənov da “Difau Ağsu”ya icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: