Roberto Martines: “Gürcüstan millisi əzm nümayiş etdirdi”

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Gürcüstana qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin 0:2 hesablı məğlubiyyətə üzüldükləri matç barədə fikirlərini təqdim edir:

“Bu, məğlubiyyətdir. Biz aşağı tezlikdə başladıq və erkən qol buraxdıq, Gürcüstan millisinə elə, bu gərək idi. Bizim, son ötürmə və qapı qarşısında aydınlığımız əskik idi, onların qapıçısı isə heyrətamiz oyun nümayiş etdirdi. Qol vurmağa çalışdıq, amma bacarmadıq, bu isə Gürcüstan millisinin, qələbəyə layiq olduğuna inamını daha da artırdı. Qol vurmağa çalışsaq da, bəzən bəxtimiz gətirmədi. Düşünürəm ki, bu gün məsələ taktika və ya oyunçularda deyil, Gürcüstanın millisinin göstərdiyi güc-qüvvət və əzmdə idi”, deyə Roberto Martines vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “F” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:

Portuqaliya – 6 xal
Türkiyə – 6 xal
Gürcüstan – 4 xal
Çexiya – 1 xal

Portuqaliya, Türkiyə və Gürcüstan yığmaları 1/8 finala vəsiqə qazanıblar. Çexiya millisi isə yarışla vidalaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: