İspaniya millisinin və “Əl-Nəsr”in müdafiəçisi Emerik Lyaport insanların Səudiyyə Ərəbistanı çempionatına qərəzli münasibətindən danışıb.
Arena.az isapniyalı futbolçunun bu barədə cavabını təqdim edir:
“Bu, bir dəlildir. İnsanlar Peşəkar Liqaya qərəzli yanaşırlar. Hamımız başa düşürük ki, bu, yeni çempionatdır. Bazar səviyyəsində də tədricən inkişaf edir. Bu liqa gələcəkdə daha rəqabətli görünəcək. Onu da qeyd etmək gərəkdir ki, Nqolo Kante iki dəfə Fransa yığmasının ən yaxşı oyunçusu olub”, deyə Lyaport yerli liqa təmsilçisi “Əl-İttihad”da çıxış edən futbolçunun yüksək səviyyəsini əsas gətirməklə, bir nümunə verib.
Xatırladaq ki, bir neçə ay öncə Lyaport özü də Səudiyyə Ərəbistanı çempionatının səviyyəsi ilə bağlı tənqidi fikirlər söyləmişdi.
Emerik Lyaport 2023-cü ilin avqustunda 27,5 milyon avro qarşılığında “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. Lyaportun “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilin oyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Lyaport “Əl-Nəsr”in heyətində 40 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Emerik Lyaport 2021-ci ilin iyununda debüt etdiyi İspaniya yığmasının heyətində 31 oyuna çıxıb, 1 qol vurub. Maraqlıdır ki, Lyaport İspanyiya yığmasında çıxışına qədər Fransanın U-17, U-18, U-19, U-21 yığmalarında çıxış edib, hətta “xoruzlar”ın əsas yığmasına dəvət alıb, amma meydana çıxmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ispaniyalı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


