Amerika Birləşmiş Ştatlarında (ABŞ) təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün D qrupunda yer almış komandalar növbəti matçlarına çıxıblar.
Kolumbiya millisi Kosta Rika yığması ilə görüşdə 3 cavabsız qolla qalib gəlib. Paraqvay yığması ilə qarşılaşan Braziliya millisi də darmadağına sevinib.
Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya millisi 1/4 finala vəsiqəni təmin edib. Digər vəsiqənin sahibi isə son turda müəyyənləşəcək.
Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Amerika Kuboku
D qrupu
29 iyun
Kolumbiya – Kosta Rika 3:0
Qollar: Luis Dias, 31-pen. Davidson Sançes, 59. Con Kordoba, 62.
Paraqvay – Braziliya 1:4
Qollar: Omar Alderete, 48 – Vinisius Junior, 35; 45+5. Savio, 43. Lukas Paketa, 65-pen.
Xallar: Kolumbiya – 6. Braziliya – 4. Kosta Rika – 1. Paraqvay – 0.


