İngiltərə millisi Avropa çempionatının (AÇ-2024) 1/4 finalında qarşılaşacağı İsveçrə ilə oyunda yeni taktiki sxemdən istifadə edə bilər.
Arena.az məlumat verir ki, bu barədə “Daily Mail” dərgisi məlumat yayıb.
Xəbərdə bildirilir ki, İngiltərə yığmasının iyulun 3-də baş tutan məşqində futbolçular üç mərkəz müdafiəçisindən ibarət taktiki sxemi sınayıblar. Futbolçular baş məşqçi, ingilis mütəxəssis Qaret Sautqeytin rəhbərliyi altında 3-5-2 taktiki sxemi ilə çıxış ediblər. Vurğulayaq ki, bu tərtibatı AÇ-2024-ün 1/4 finalında İngiltərə yığmasının rəqibi olan İsveçrə millisi də izləyir.
Bildirilir ki, bu seçim heç də mütləq yanaşma deyil. Belə ki bu, həm taktika dəyişikliyi, eləcə də rəqibin oyununun təhlili ilə də bağlı ola bilər.
Maraqlıdır ki, Sautqeytin rəhbərliyi altında İngiltərə millisi artıq üç mərkəz müdafiəçisindən ibarət taxtiki sxem əsasında sistemdən istifadə edib. Məsələn, ingilislər Rusiyada keçirilmiş 2018-ci il dünya çempionatında müvafiq tərtibatla uğurlu çıxış ediblər.
AÇ-2024-ün 1/4 final mərhələsinin İngiltərə – İsveçrə oyunu iyulun 6-da Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda baş tutacaq.


