Rui Patrisio millimizlə matçdan əvvəl ciddi zədə aldı

Futbol üzrə Portuqaliya yığmasının qapıçısı Rui Patrisio Azərbaycan millisinə qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyunundan əvvəl ciddi zədə alıb.

Arena.az xəbər verir ki, İngiltərənin “Vulverhempton” klubunda çıxış edən 33 yaşlı qolkiper Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan “Liverpul”la ev oyununda (0:1) sıradan çıxıb.

Matçın 86-cı dəqiqəsində “Vulverhempton”un kapitanı Konor Koudi rəqib futbolçu Məhəmməd Salahın zərbəsinin qarşısını almağa çalışarkən dizini öz qapıçısının başına vurub. Həkimlərin portuqaliyalı qapıçıya tibbi müdaxiləsi səbəbindən qarşılaşmada 14 dəqiqə fasilə yaranıb. Rui Patrisio sonda meydanı xərəkdə tərk edib və oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, martın 24-də İtaliyadakı “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Patrisionun milliyə dəvət alıb-almayacağı bu gün bilinəcək. Çünki Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos qarşıdakı oyunlar üçün heyəti bu gün açıqlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: