Yeni mövsümə Sloveniyada hazırlaşan “Sabah” bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Krivbas” komandası ilə qarşılaşıb.
“Bayquşlar” bu oyuna aşağıdakı heyətlə çıxıb: 55. Nicat Mehbalıyev, 44. Sofian Çakla, 3. Con İrasabal, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 28. Kahim Parris, 70. Jesse Sekidika, 9. Pavol Şafranko.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Ruslan Samiqullin, 22. Abdulla Rzayev, 6. Abdulla Xaybulayev, 33. Camal Cəfərov, 99. Neqoş Kupusoviç, 77. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 10. Namiq Ələsgərov, 11. İshak Belfodil, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev.
“Brejitse” stadionunda gerçəkləşən matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. “Sabah”ın ilk qolunu Coy Lens Mikels vurub. Bərabərlik topu isə avtoqol sayəsində gerçəkləşib.
Xatırladaq ki, “Sabah” Sloveniyadakı ilk yoxlama görüşündə yerli “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlmişdi. Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşmada isə hesab açılmamışdı – 0:0.
“Bayquşlar” Sloveniyada daha bir yoxlama oyunu keçirəcəklər. Komanda iyulun 17-də Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi iyulun 18-də Bakıya qayıdacaq.


