“Sabah” planını dəyişdi

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın “Sabah” komandasının yeni mövsümə hazırlıq planında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən komanda iyulun 18-də, Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya qayıtmayacaq. Belə ki, “bayquşlar” “Makkabi” (Hayfa, İsrail) ilə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcəklər.

“Sabah” bu oyuna kimi Budapeşt şəhərində məskunlaşacaq.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş iyulun 25-də Macarıstanda keçiriləcək. Cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: