Yeni mövsümə Sloveniyada hazırlaşan “Sabah” bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçına çıxıb.
Arena.az xəbər verir ki, Bakı təmsilçisi Ukraynanın “Rux” komandası ilə qarşılaşıb.
“Bayquşlar” bu oyuna aşağıdakı heyətlə çıxıb: 1. Yusif İmanov, 44. Sofian Çakla, 3. Con İrasabal, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 28. Kahim Parris, 70. Jesse Sekidika, 9. Pavol Şafranko.
Ehtiyat oyunçular: 16. Ruslan Samiqullin, 22. Abdulla Rzayev, 6. Abdulla Xaybulayev, 33. Camal Cəfərov, 99. Neqoş Kupusoviç, 77. Şakir Seyidov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 11. İshak Belfodil, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev.
“Sports park Radomlye” stadionunda gerçəkləşən matç “bayquşlar”ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bakı komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqləniblər.
Xatırladaq ki, “Sabah” Sloveniyadakı ilk yoxlama görüşündə yerli “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlmişdi. Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşmada isə hesab açılmamışdı – 0:0. Azərbaycan komandası üçüncü sınaq matçında da Ukraynanın “Krivbas” kollektivi ilə məhsuldar heç-heçəyə razılaşmışdı – 2:2.
Sloveniya toplanışını başa vuran paytaxt təmsilçisi sabah – iyulun 18-də Bakıya qayıdacaq.


