Britaniya mətbuatı Yurgen Klopu “atıb”, Xosep Qvardiolanı “tutur”

Britaniya mətbuatı İngiltərə yığmasının boş qalmış baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı ehtimallar yürüdür.

Arena.az xatırladır ki, iyulun 16-da ingilis mütəxəssis “üç şir”in sükanı arxasından istefa verdiyini açıqlayıb.

“The Telegraph” nəşri hesab edir ki, “Liverpul”un keçmiş baş məşqçisi, İngiltərədə nəhəng iş təcrübəsi olan, ingilis futboluna yaxından bələd alman mütəxəssis Yurgen Klopp “üç şir”i çalışdırmayacaq. Belə ki, futboldan baş-qulağının dincələməsi istəyində olan Klopp 2025-ci ilin yayına qədər məşqçilik fəaliyyətini yerə qoyub. Hazırda alman mütəxəssis bir növ yaradıcı fasilə götürüb və həyatın ləzzətini çıxarmaqla – istirahət və ailəsi ilə vaxt keçirməklə məşğuldur.

“The Independent” nəşri isə iddialı açıqlaması ilə diqqət çəkib.
Mənbənin məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (The FA) hazırda “Mançester Siti”nin çalışdıran Xosep Qvardiolanın 2024/2025-cü illər mövsümünün sonunda “şəhərlilər”i tərk etməsi şərti ilə ispan mütəxəssisi “üç şir”in sükanı arxasına dəvət etmək seçimini nəzərdən keçirmək niyyətindədir.

İngiltərə Futbol Assosiasiyası ispan mütəxəssisin bu mövsümün sonunda “Mançester Siti”dəki gələcəyi ilə bağlı qərarını açıqlayana qədər gözləməyə hazırdır. O vaxta qədər “üç şir” gənclər komandasını (U-21) çalışdıran ingilis mütəxəssis Li Karslini müvəqqəti rəhbərliyi altında olacaq.

Bununla belə, İngiltərə Futbol Assosiasiyası ehtiyat edir ki, Qvardiola 2024/2025-ci illər mövsümünün sonunda “Mançester Siti”ni tərk etsə belə, Yurgen Klopp kimi, məşqçiliyə fasilə verə bilər.

Xatırladaq ki, daha əvvəl mətbuatda, ispan mütəxəssisin qarşıdakı mövsümün sonunda “şəhərlilər”dən ayrılmağa meyilli olduğu haqda məlumat yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: